AAYDA gücləndirilmiş iş rejiminə keçdi

AAYDA gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.

AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecədən etibarən 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Agentlik gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını, mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edib.

Teqlər: