Şoyqunun qovduğu general “Vaqner” sıralarında – Video

Şoyqunun qovduğu general “Vaqner” sıralarında – Video

Rusiya müdafiə nazirinin müavini vəzifəsindən çıxarılan general-polkovnik Mixail Mizintsev “Vaqner” özəl hərbi şirkətinin komandir müavini olub.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi müxbir Aleksandr Simonov məlumat verib.

Simonov Mizintsevin “Vaqner” formasında olan videosunu yayıb və bildirib ki, general bölmələrin hazırlığı ilə məşğuldur.

“Vaqner” özəl hərbi şirkətinin yeni komandir müavini Mixail Mizintsevlə bölmələrin hazırlığı ilə məşğul olduq”, – Simonov bildirib.

Onun sözlərinə görə, Mizintsev vaqnerçilərin Baxmutdakı mövqelərini də ziyarət edib.

Teqlər: