Şoyqu yalan deyir, ukraynalılar bunu əla istifadə edir

Şoyqu yalan deyir, ukraynalılar bunu əla istifadə edir

Vaşinqton Rusiya Müdafiə Nazirliyinin HİMARS reaktiv sistemlərinin məhv edilməsilə bağlı məlumatını təkzib edib.

AzerTimes xəbər verir ki, bunu Pentaqonun sözçüsü Todd Bressail jurnalistlərə açıqlamasında deyib.

“Müdafiə naziri Şoyqunun bu son iddialarından xəbərdarıq. Bu, açıq-aydın yalandır”, – deyib.

O qeyd edib ki, Ukrayna HİMARS sistemindən heyrətləndirici dəqiqliklə və səmərəli istifadə edir:

“Ukraynalılar ABŞ-ın Rusiyanın qəddar cinayətkar müdaxiləsindən müdafiə olunmaq üçün onlara təqdim etdiyi raket sistemlərinin diqqətəlayiq dəqiqlik və səmərəliliklə istifadə edirlər”.

Teqlər: