Şoyqu Şimali Koreyaya gedir

Şoyqu Şimali Koreyaya gedir

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şoyqunun Şimali Koreyaya səfəri Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

O da qeyd edilib ki, Rusiya heyətinin səfəri iki ölkə arasında münasibətlərin inkişafına səbəb olacaq.

Səfər 1950-1953-cü illər müharibəsində Şimali Koreya xalqının qələbəsinin 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri ilə bağlıdır.

Teqlər: