Şoyqu şəxsi hərbi şirkətini Donetskə göndərdi

Şoyqu şəxsi hərbi şirkətini Donetskə göndərdi

Rusiya müdafiə naziri Sergey Şoyqu özünün şəxsi “Patriot” hərbi şirkətini Donetsk vilayətinə göndərib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qruplaşmasının rəsmisi Sergey Çerevatıy məlumat yayıb.

Onun sözlərinə görə, Baxmut, Avdeyevka və Uqledar istiqamətində, eləcə də Luqansk vilayətindəki uğursuz kampaniya fonunda ruslar bütün qüvvələrini döyüşə ataraq müəyyən nəticə əldə etməyə çalışırlar.

“Uqledar yaxınlığındakı Stepnoy rayonunda Şoyqu tərəfindən yaradılan “Patriot” hərbi şirkətinin qüvvələri peyda olub. Bu şirkət Yevgeni Priqojinə məxsus “Vaqner” özəl hərbi şirkətinə rəqib olaraq yaradılıb”, – Çerevatıy bildirib.

Teqlər: