Şoyqu Qərb və Cənub dairələrinin komandanlarını dəyişdi

Şoyqu Qərb və Cənub dairələrinin komandanlarını dəyişdi

Rusiya müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Qərb və Cənub hərbi dairələrinin komandanlığını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə RBC nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya hərbi komandanlığında kadr dəyişikliyi ölkənin Müdafiə Nazirliyində çalışanlar tərəfindən də təsdiqlənib.

KİV-in məlumatına görə, Cənub Hərbi Dairəsinə general-polkovnik Sergey Kuzovlev rəhbərlik edib. Əvvəllər Sergey Kuzovlevin komandanlıq etdiyi Qərb Hərbi Dairəsinə general-leytenant Yevgeni Nikiforov rəhbərlik edirdi.

Teqlər: