Şoyqu PUA-larla bağlı tapşırıq verdi

Şoyqu PUA-larla bağlı tapşırıq verdi

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu istehsalçılara pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmağı tapşırıb.

AzerTimes xəbər verir ki, nazir bu barədə İjevskdə müdafiə sənayesi müəssisələrində yoxlamalar zamanı deyib.

S.Şoyqu qeyd edib ki, istehsal müəssisələrinin avtomatlaşdırılmasını artırmaqla PUA-ların keyfiyyətini, kəmiyyətini və istehsal sürətini artırmaq lazımdır:

“Bu gün yaradılan imkanlar bizə əksər problemləri həll etməyə imkan verir. Mən dronlara qarşı mübarizəni, taktiki səviyyədə elektron müharibəni və süni intellektdən istifadəni nəzərdə tuturam”.

Teqlər: