Şoyqu Donbasda müşavirə keçirdi – Foto

Şoyqu Donbasda müşavirə keçirdi – Foto

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibədə iştirak edən qoşunlara baxış keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şoyqu komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrində hərəkətləri barədə məruzələrini dinləyib”, – məlumatda qeyd olunub.

Şoyqu görüş zamanı bəzi hərbçiləri də mükafatlandırıb.

Müdafiə nazirinin olması ilə bağlı rəsmi məlumat verilməsə də, Rusiya mətbuatı onun Donbasa yollandığını yazıb.

Teqlər: