Soyqırım qurbanları Əskişəhərdə anıldı – Foto

Soyqırım qurbanları Əskişəhərdə anıldı – Foto

Əskişəhər Azərbaycanlılar Dərnəyi 31 Mart Soyqırım Günü ilə bağlı tədbir keçirib.

AzerTimes xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, şəhidlər, soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən dərnəyin koordinatoru Cavid Əmirov soyqırımın baş verdiyi tarixi şəraitdən və onun nəticələrindən bəhs edib.

Onun sözlərinə görə, bolşevik-daşnakların soyqırımı törətməkdə məqsədi Azərbaycan türkləri və Bakının müsəlman əhalisinin iradəsini qırmaq, milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq olub.

Tədbirdə tələbələrlə yanaşı Türkiyədən olan soydaşlarımız da qatılıblar.

Teqlər: