Tbilisi şəhərində “Powerlifting” idmanının “Bench-press” növü
üzrə keçirilən yarışda Elizbar Məmmədov ikinci yeri qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, böyüklər
arasında keçirilən çempionatda Elizbar Məmmədov 93 kq çəki
dərəcəsində mübarizə aparıb və 130 kq ağırlığın öhdəsindən gələrək
ikinci yeri qazanıb. O, yarışa “Rustavi çempionlar komandası”nın
adından qatılıb.
Qeyd edək ki, Elizbar Məmmədov əslən Bolnisi rayonunun Sənəb
kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universitetininin ibtidai sinif müəllimliyini bitirib. 5 ildir ki,
həvəskar idmanla və “Powerlifting” idmanının “Bench-press” növü ilə
məşğul olur. Elizbar Məmmədov 2020-ci və 2021-ci illərdə 24News Tv
internet televiziyasının “Gəncin yolu” və “Sosial Eksperiment”
verilişlərinin aparıcısı olub.