Dövlət sərhədini pozmaq istəyən şəxslər saxlanılıb – DSX (FOTO)

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX)
tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində
sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam
etdirilir.

DSX-dən AzerTimes-a bildirilib ki, fevral ayının 12-də saat 21:00
radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”
sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu
“Mersedes-Benz” markalı 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin
əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək
beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilmiş
2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının
diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən
uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar. Onların Bərdə
rayon sakini 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və
Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar
oğlu olmaları müəyyənləş­dirilib, əllərindəki çantalara baxış
zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə
(4565 qram “heroin”, 5565 qram “marixuana”, 1210 qram
“metamfetamin”) və 1000 ədəd “metadon-40” psixotrop tərkibli həblər
aşkar olunaraq götürülüb. N.Nəsirzadənin üzərinə baxış keçirilərkən
gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə
“heroin” aşkarlanıb.


Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Teqlər: