Şövkət Mirziyayev Çinə gedir

Şövkət Mirziyayev Çinə gedir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev yanvarın 23-dən 25-dək Çində səfərdə olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hua Çunin məlumat verib.

Səfərin təfərrüatları barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb.

Teqlər: