İsrail HƏMAS-ın raket istehsal edən obyektini məhv etdi

İsrail HƏMAS-ın raket istehsal edən obyektini məhv etdi

İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağının mərkəzində əsas raket və silah istehsalı zonasını, eləcə də onun altındakı geniş tunellər şəbəkəsini məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun 36-cı diviziyasının “Yahalom” mühəndis-istehkamçı bölməsindən və İsrail Hərbi Hava Qüvvələrinin “Şaldağ” bölməsindən olan hərbçilər Qəzzanın mərkəzi hissəsindəki Salah-ed-din yolunun ərazisində yüzlərlə kilometr yeraltı keçidlə birləşən onlarla tunel mədənini aşkar edərək məhv ediblər.

Teqlər: