Şovidə sürüşmə: ölənlərin sayı 27-yə çatdı

Şovidə sürüşmə: ölənlərin sayı 27-yə çatdı

Gürcüstanın Şovi rayonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, xilasedicilər Şovi yüksək dağ kurortunda (Raça-Leçxumi bölgəsi – Kvemo Svaneti) təbii fəlakət zonasında daha bir nəfərin meyitini tapıb, bununla da qurbanların sayı 27-yə çatıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi daha 6 nəfərin meyitinin axtarışlarının davam etdiyini bildirib.

Şovi dağ kurortunda baş verən sürüşmənin 14-cü günündə çay yatağında ağır texnikadan istifadə edilməklə axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 3-də Şovi dağ kurortunda sürüşmə baş verib. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

Teqlər: