Şotlandiyanın müstəqillik referendumu rədd edildi

Şotlandiyanın müstəqillik referendumu rədd edildi

Britaniya Ali Məhkəməsi Şotlandiyanın yeni müstəqillik referendumunu rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Ali Məhkəməsinin sədri Robert Rid bildirib.

Qeyd edilir ki, Böyük Britaniyanın Ali Məhkəməsi Britaniya hökumətinin razılığı olmadan Şotlandiyada müstəqillik referendumunun keçirilməsini qeyri-qanuni elan edib.

“Məhkəmə yekdilliklə belə qənaətə gəldi ki, Şotlandiya parlamentinin Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçirmək haqqında qanun qəbul etmək səlahiyyəti yoxdur”, – Rid vurğulayıb.

Teqlər: