Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edibə
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir.
“Sülhməramlıların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyoru (BTR82A) və 380 digər texnikası Azərbaycan ərazisindən çıxarılıb”, – deyə məlumatda vurğulanıb.