Prezident 3 sərəncam imzaladı

Prezident 3 sərəncam imzaladı

14:46

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzerTimes sərəncamın mətnini təqdim edir:

Abdullayeva İlhamə Xanlar qızı

Abuşov İlkin Əlimövsüm oğlu

Ağazadə İlqar Bəhruz oğlu

Bədəlov Mustafa Soltan oğlu

Cavanşir Elman Bəşir oğlu

Əhmədova Afət Adil qızı

Hacıyev Sultanhəmid Hacı oğlu

Hüseynov Yaşar Mirzəxan oğlu

İsmixanlı Ramin Sultan oğlu

Məmmədov Emin Ruslan oğlu

Məmmədov Fuad Nadir oğlu

Məmmədov Seymur Mikayıl oğlu

Rzayev Emin Əjdər oğlu

Tabasaranskiy Kənan Fikrət oğlu.

***

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. 2024-cü il 29 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Teqlər: