Son yüzilliyin ən böyük uğurlarından biri vaksinasiyadır – Nazir müavini

Xəbər - Humay Ağacanova – Trend:

Son yüzilliyin ən böyük uğurlarından biri vaksinasiya və ana-uşaq ölümlərinin sayının azalmasıdır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Nazir müavini qeyd edib ki, insanlarda bir çox xəstəliklər uşaq dövründə aşkarlanır: “Onların vaxtında müalicəsi ilə uşaqlar arasında əlilliyin yaranmasının, eləcə də ölüm hallarının qarşısının alınmasına çalışırıq. Uşaq vaxtı vurulan peyvəndlər sayəsində qızılca, vərəm, difteriya və s. xəstəliklərdən orqanizmimizi qoruyuruq. 2019-cu ildə ÜST-ün apardığı araşdırma zamanı insanların peyvəndə etibarsız yanaşdığı məlum oldu. Lakin aparılan maariflənmə tədbirləri sayəsində peyvəndlərə yenidən etibar yarandı. Ölkədə icbari tibbi sığorta sahəsində uşaqlara xüsusi diqqət ayrılır. Təbabətin dəlil və sübutlara əsaslanan nəticələri peyvəndlərin orqanizmi infeksion xəstəliklərdən qoruduğunu isbat edib”.


Nazir müavini qeyd edib ki, 2 il əvvəl Operativ Qərargahın qadağalarına ciddi riayət edilmirdisə, bu gün açıq havada tibbi maska taxılması məcburi olmadığı halda belə insanlar maska taxırlar: “Bu da sağlamlıq mədəniyyətinə əvvəlkindən daha çox diqqət edildiyini göstərir” – R.Əliyev əlavə edib.

Teqlər: