Xəbər - Orxan Nəbiyev – Trend:
Son üç gün ərzində Əfqanıstanı 250-dən çox xarici vətəndaş maneəsiz tərk edib.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bidirib.
Qeyd olunub ki, xarici vətəndaşlar ölkədən Qətərə məxsus reyslərlə təxliyə edilib.
Bir neçə gün əvvəl “Taliban” ölkədə qalan əcnəbilərin çıxarılması üçün icazə vermişdi.
Xatırladaq ki, “Taliban” avqustun ortalarında Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra beynəlxalq qoşunların və xarici vətəndaşların təxliyəsi üçün avqustun 31-dək vaxt vermişdi.