Ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları,əmək
müqavilələrinin sayında artım dinamikası əmək haqqı fondunda da
artımlara imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin
yanvar-mart aylarında da Azərbaycanda əmək haqqı fondu 11,4 faiz
artıb.
Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq
əmək haqqının 40 faiz, median əmək haqqının 80 faiz artımı baş
verib. Bu dövrdə illik əmək haqqı fondu isə 2,1 dəfə artıb.