Blogerin Bakıda keçirdiyi görüşdə insanları kəmərlə vuran şəxs həbs olunub

Bloger Hüseyn Həsənovun Bakıda keçirdiyi görüşdə insanları
kəmərlə vuran şəxs həbs olunub.

Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə
müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir
nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən bildirilib.

Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan
Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil
yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada
15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul
şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq
müvafiq tədbirlər görüləcəkdir.

Teqlər: