Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) son iki gündə baş verən yol
qəzaları ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə,
respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Rrespublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki
dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Teqlər: