Son iki gündə yol qəzalarında 4 nəfər ölüb

2022-ci il aprelin 30-da və mayın 1-də daxili işlər orqanları
tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik
məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə,
respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 125 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin
olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 74,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 118 nəfər saxlanılıb.

Teqlər: