“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb (FOTO)

Avrora Qrup korporativ sosial məsuliyyətini dərk edərək və bunu
beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli
addımlar atır.

Bu il də Ramazan Bayramı ilə əlaqədar yardım aksiyası
keçirmişdir. Şirkət yardım aksiyası zamanı Ramana qəsəbəsində
yerləşən “Nur” uşaq evinə və 8-ci mikrorayonda yerləşən “Azərbaycan
Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq
Sığınacağı Reinteqrasiya Məkəzi”nə ərzaq bağlamaları və gündəlik
tələbat məhsulları çatdırmışdır.

Bundan başqa şirkət Bakının Nəsimi rayonunda yerləşən Məşədi
Dadaş məscidinin dini icması ilə birgə aztəminatlı, şəhid və qazi
ailələrinə yardımların paylanması üçün dəstək göstərib. Aksiya
çərçivəsində 50 ailəyə qida və gigyenik vasitələr çatdırılıb.

Məlumat üçün bildirək ki, Avrora qrup 2022-ci ildə təkcə Ramazan
bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar
vasitəsilə 600 dən çox ailəyə də ərzaq yardımı göstərmişdir.

Teqlər: