Son iki gün ərzində Ukraynadan Moldoya 500-ə yaxın, Polşaya 190 vətəndaşımız keçib – XİN

Məlum olduğu kimi, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki
Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisinə keçidi ilə
bağlı diplomatik kanallarla əldə olunmuş razılıq əsasında Moldova
Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası və
Macarıstana quru yolla keçid imkanları ilə bağlı məlumat
verilib.

XİN-dən AzerTimes-a verilən məlumata görə, son iki gün ərzində
Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid
məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın vətəndaşımız Moldova
ərazisinə daxil olub. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən
hava yolu ilə Azərbaycana geri dönüb.

Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru
yolla Polşa Respublikasının ərazisinə 190 vətəndaşımız keçib.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi
obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə
qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000
telefon xətti və [email protected] elektron poçt ünvanı,
Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon
xətti və [email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat
vətəndaşlarımıza təqdim ediləcəkdir.

Teqlər: