Son bir həftədə 400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən
özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması
prosesi ötən həftə də davam edib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz
və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim
edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə
iştirakçıları təşkil edir.


Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1200-dək
işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.

Teqlər: