Son 2 ildə 14 psixi xəstə qətl törədib – Baş Prokurorluq

Xəbər - Samir Əli – Trend:

2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər
tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, 2020-ci ildə törədilmiş 159 qəsdən adam
öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə törədilmiş 156 qəsdən adam
öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.

Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi
pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi
yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş
məhkəməyə göndərilir.


Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi
tədbirlərdən biri təyin edilir.

Teqlər: