Son 14 ildə Azərbaycan vətəndaşlığına qəbul olunanların sayı məlum olub (FOTO)

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan
şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər
nəticəsində 2008-ci ildən 2022-ci ilin 1 aprel tarixinədək 2076
nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul olunub.

Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin
Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət
miqrasiya xidməti müşaviri Rza Talıbov “Vətəndaşsızlıq məsələləri
ilə əlaqədar İşçi Qrup”un iclasında deyib.

O bildirib ki, həmçinin 5953 şəxsin Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyəti tanınıb.

Teqlər: