Son 10 ildə bir ilk: Kruiz gəmisi Rusiya limanına gəlir

Son 10 ildə bir ilk: Kruiz gəmisi Rusiya limanına gəlir

Son 10 ildə ilk kruiz gəmisi Rusiyanın Samara vilayətinin Sızran limanına girəcək.

AzerTimes xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Dmitri Azarov bildirib.

D.Azarovun sözlərinə görə, federal büdcədən 485 milyon rubl məbləğində vəsait Samara vilayətində turizmin inkişafına ayrılıb. Bu investisiyalar çərçivəsində kruiz gəmilərinin sahilə yan alması üçün Volqa çayının Sızran sahilləri yaxınlığındakı məcrasının təmizlənməsi üzrə işlər aparılıb.

O qeyd edib ki, son 10 il ərzində bu ilk dəfədir ki, kruiz gəmisi Sızran sahillərinə yan alacaq, bu da şəhərin görünüşünü yaxşılaşdıracaq və onu turistlər üçün daha cəlbedici edəcək.

Teqlər: