Son 1 həftədə Qarabağda nə qədər mina tapılıb?

Son 1 həftədə Qarabağda nə qədər mina tapılıb?

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

AzerTimes xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 9-dan 15-dək olan müddətdə 85 tank əleyhinə mina, 496 piyada əleyhinə mina, 1732 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 631 hektar ərazi minadan təmizlənib.

Teqlər: