Somalinin paytaxtında partlayış baş verib

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Somali Guardian” xəbər portalı bildirib.

Məlumata əsasən, partlayışın episentri olan məhəllədə tüstülənmə var. Paytaxtın mərkəzindəki bir sıra yollar bağlanıb.

Hadisənin təfərrüatları hələ verilməyib.