Somalidə terrorçular həbsxananı ələ keçirdi – Yüzlərlə məhbus buraxıldı

Xəbər - Orxan Nəbiyev – Trend:

Somalinin şimal-şərqindəki Bosaso şəhərində “Əş-Şabab” terror təşkilatının silahlıları həbsxananı ələ keçirib.

AzerTimes-ın məlumatına görə, atışma zamanı azı 7 polis əməkdaşı həlak olub.

Həbsxananı ələ keçirən terrorçular orada 400-dən çox təşkilat üzvünü azad edib.