Somalidə prezident iqamətgahı yaxınlığında partlayış: Ölən və yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Somalinin paytaxtı Moqadişoda prezident iqamətgahı və parlament binası yaxınlığında partlayış törədilib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Qeyd olunur ki, hadisə nəzarət-buraxılış məntəqəsəindən keçən avtomobilin partladılması yolu ilə törədilib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.