Somalidə otelə hücum: 30-dan çox insan öldü

Somalidə otelə hücum: 30-dan çox insan öldü

Somalinin paytaxtı Moqadişoda otelə hücum 30-dan çox insanın həyatına son qoyub.

AzerTimes xəbər verir ki, “Əş-Şabab” yaraqlılarının oteli ələ keçirməsi nəticəsində onlarla insan yaralanıb.

Ölənlər arasında keçmiş məmurlar, dövlət qulluqçuları da var.

Bildirilib ki, oteli ələ keçirən qruplaşmaya qarşı xüsusi əməliyyat keçirilib.

Somali hökuməti və kəşfiyyat orqanlarının nümayəndələri hələlik hücumla bağlı şərh verməyiblər. Terrorçulara qarşı mübarizədə ABŞ tərəfindən təlim görmüş xüsusi təyinatlılardan istifadə edilib.

Teqlər: