Somalidə “Əş-Şabab”a qarşı böyük əməliyyat

Somalidə “Əş-Şabab”a qarşı böyük əməliyyat

Somali Quru Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində ən azı “Əş-Şəbab” terror qruplaşmasının 13 üzvü öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hava zərbələri Hiran bölgəsindəki hədəflərə endirilib. Ölənlər arasında terror qruplaşmasının komandirləri də var.

Teqlər: