Somali Quru Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində ən azı “Əş-Şəbab” terror qruplaşmasının 13 üzvü öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hava zərbələri Hiran bölgəsindəki hədəflərə endirilib. Ölənlər arasında terror qruplaşmasının komandirləri də var.