Somali ordusu 130-dan çox terrorçunu məhv etdi

Somali ordusu 130-dan çox terrorçunu məhv etdi

Somali ordusu bir sıra əyalətlərində apardığı əməliyyatlarda 130-dan çox “Əş-Şəbab” yaraqlısını məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə məlumatında deyilir.

Məlumata görə, Muduq bölgəsində “Əş-Şəbab” üçün strateji əhəmiyyət kəsb edən ərazilər yaraqlılardan azad edilib. Əməliyyat zamanı xeyli sayda silah-sursat da ələ keçirilib.

Qeyd edilir ki, bundan əvvəl Somali silahlı qüvvələri mərkəzi Harardere bölgəsində əməliyyat keçirib, nəticədə “Əş-Şəbab” qruplaşmasının 33 silahlısı məhv edilib.

Teqlər: