Şolts Zelenski ilə danışdı: Dəhşətli müharibə…

Şolts Zelenski ilə danışdı: Dəhşətli müharibə…

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Telefon danışığı zamanı Şolts Ukraynaya silah göndərməyin düzgün olduğunu, lakin müharibənin böyüməsindən qaçmaq istədiyini bildirib.

“Qarşımızda duran çətinliklərin səbəbi Ukraynaya qarşı dəhşətli işğalçılıq müharibəsidir. Bu, Avropada razılaşdığımız prinsiplərin şübhə altına alındığı dəhşətli müharibədir”, – Şolts bildirib.

Qeyd edək ki, Almaniya Ukraynaya 14 ədəd “Leopard 2” tankının tədarükünə razılıq verib.

Teqlər: