Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını etiraf edib.
AzerTimes xəbər verir ki, o, bunu Berlində vətəndaşlarla görüşündə deyib.
“Yeri gəlmişkən, o zaman müharibənin baş verməsinin səbəblərindən biri də Ukraynanın guya NATO-ya daxil olması ehtimalı idi. Siz keçmiş NATO sammitlərinin qərarlarını bilirsiniz, bu yaxın gələcəkdə gözlənilmir. Yəqin ki, yaxın 30 ildə də gözlənilmir”, – o bildirib.