“Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırdı

“Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırdı

Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.

Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.

Teqlər: