Şolts: Ukrayna ilə bağlı tənqiddən əsəbiləşirəm

Şolts: Ukrayna ilə bağlı tənqiddən əsəbiləşirəm

Almaniya “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyə hazır deyil, çünki onlardan Moskvaya hücum etmək üçün istifadə edilə bilər.

AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“500 kilometr mənzilə malik qanadlı raket (söhbət “Taurus”dan gedir – red.) elə bir silahdır ki, səhv istifadə olunarsa, Moskvanın bir yerində müəyyən hədəfə çata bilər”, – o bildirib.

O qeyd edib ki, Ukraynanı “Taurus” ilə təmin etməkdən imtina etdiyi üçün ona edilən tənqiddən əsəbiləşib:

“Çünki Berlin Kiyevi demək olar ki, bütün digər ölkələrdən daha çox silahla təmin edir”.

Teqlər: