Şolts İsraildə həyəcanlı anlar yaşadı: asfalta uzandı – Video

Şolts İsraildə həyəcanlı anlar yaşadı: asfalta uzandı – Video

Almaniya kansleri Olaf Şolts Təl-Əvivi tərk edə bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, Şolts İsrail paytaxtında Ben Qurion hava limanında hava hücumu ilə bağlı həyəcan siqnalı verildikdən sonra təyyarədən düşürülüb və təhlükəsizlik üçün asfalta uzanmalı olub.

Daha sonra kansler avtomobillə sığınacaqların olduğu aeroport binasına aparılıb.

Almaniya mətbuatı qeyd edib ki, Almaniya kansleri iki partlayışı öz gözləri ilə görüb.

Teqlər: