Şolts Ərdoğanı Berlinə dəvət etdi

Şolts Ərdoğanı Berlinə dəvət etdi

Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebeştrayt deyib.

“Şolts Türkiyə liderini prezident seçkilərinin ikinci turunda qələbə qazanması münasibətilə təbrik edib. Hər iki lider ölkələr arasında əməkdaşlığa yeni güclə davam etmək barədə razılığa gəliblər”, – Hebeştrayt bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı Şolts Ərdoğanı Berlinə rəsmi səfərə dəvət edib.

Teqlər: