Solovyov: Zelenskini aradan götürmək tapşırığı…

Solovyov: Zelenskini aradan götürmək tapşırığı…

Əgər Rusiya Ukraynaya müharibə elan etsə, Prezident Vladimir Zelenski bunkerdən bayıra burnunu da çıxara bilməyəcək. Bunkerdən çıxdığı an rus ordusuna onu aradan götürmək tapşırığı veriləcək.

AzerTimes xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Bu bir xüsusi əməliyyatdır, unutmayın! Müharibə başqa şeydi. Biz Ukraynaya müharibə elan etsək, Zelenski bunkerdən bayıra burnunu da çıxara bilməyəcək. Oradan çıxdığı an rus ordusuna onu aradan götürmək tapşırığı veriləcək. Bizim kəşfiyatımızın Zelenskinin hər addımından xəbəri var – haradadı, nə edir… İndi o, rahat-rahat Qərb liderləri ilə Kiyev küçələrində gəzişə bilir. Demək ki, bu xüsüsi əməliyyatdır və burada məqsədlər başqadır. Amma hələ ki…”, – deyə o qeyd edib.

Teqlər: