Solovyov: NATO ilə birbaşa müharibə başlayır

Solovyov: NATO ilə birbaşa müharibə başlayır

Bizim bir damla da olsa şübhəmiz olmamalıdır ki, yaxın zamanlarda NATO ilə Rusiya arasında birbaşa toqquşma olacaq. Hazırda da biz NATO ilə müharibə aparırıq, amma bu, birbaşa açıq toqquşma demək deyil. Amma belə davam etməyəcək. Yaxın vaxtlarda açıq toqquşma fazasına keçid gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

“Ukraynada Qərb silahlarına, xüsusi təlim keçmiş əsgərlərə qarşı mübarizə aparırıq. Müharibənin ilk günlərindən Qərb Kiyevə millionlarla dollarlıq silahlar göndərir. Amma NATO birbaşa olaraq Rusiyaya qarşı müharibə etmədiyini bildirir. Bizdə olan dəqiq məlumatlara əsasən yaxın vaxtlarda NATO Rusiyaya qarşı birbaşa müharibə etdiyini açıqlayacaq. Bunun isə insanlıq üçün böyük fəsadları olacaq”, – deyə o qeyd edib.

Teqlər: