Ukraynanın Soledar şəhərində iki britaniyalı Rusiya hərbçilərinin açdığı atəş nəticəsində öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Bildirilib ki, Kris Perri və Endryu Beqşo Ukrayna vətəndaşlarını Soledardan təxliyəsinə çalışan zaman öldürülüblər.
Qeyd edək ki, hər iki şəxs 6 yanvardan itkin düşmüş hesab edilirdi.