Paşayeva görülən işlərlə bağlı hesabat verdi

Paşayeva görülən işlərlə bağlı hesabat verdi

Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

AzerTimes xəbər verir ki, iclası açan komitə sədri Qənirə Paşayeva gündəlik barədə məlumat verib.

Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatını təqdim edən Qənirə Paşayeva diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 6 iclası keçirilib, 6 məsələyə baxılıb. Payız sessiyası ərzində komitənin ünvanına daxil olmuş 681 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, payız sessiyası dövründə komitənin sədri tərəfindən 228 vətəndaş qəbul edilib.

İkinci məsələ olan Mədəniyyət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktlarına, digər sənədlərə baxılması və rəy verilməsi, aidiyyəti qurumlarla dinləmələrin keçirilməsi, habelə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanması işi davam etdiriləcək.

Gündəliyin növbəti məsələləri olan qanun layihələri və qanunlarda nəzərdə tutulan dəyişikliklərlə bağlı da Q.Paşayeva ətraflı məlumat verib.

Müzakirələrdə deputatlar Nizami Cəfərov, Novruzəli Aslanov, Əziz Ələkbərov, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin, Razi Nurullayev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

İclasda Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Teqlər: