Soledar kimdədir? Rusiya MN Priqojini yalançı çıxardı

Soledar kimdədir? Rusiya MN Priqojini yalançı çıxardı

Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində vəziyyət olduqca ağırdır.

AzerTimes xəbər verir ki, artıq bir neçə gündür şəhərin Rusiya ordusunun nəzarətinə keçdiyi barədə məlumatlar yayılır.

Elə dünən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Soledarın ələ keçirildiyi barədə müraciəti yayıldı. Priqojin artıq şəhərin “Vaqner” qruplaşmasının nəzarətində olduğunu iddia etdi, hətta ordan hərbçilərlə birlikdə çəkdirdiyi görüntüləri də təqdim etdi.

Lakin Priqojinin bu məlumatını elə Rusiya Müdafiə Nazirliyi təkzib etdi. Rusiya MN şəhərin yalnız şimal və cənubdan mühasirəyə alındığını bildiridi:

“Şəhər uğrunda döyüşlər gedir. Əməliyyatda Hava Desant Qoşunları iştirak edir”.

Ukrayna tərəfi də şəhərdə vəziyyətin ağır olduğunu, lakin rusların əlinə keçmədiyini açıqladı. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Soledarın yarımmühasirədə olduğunu, amma cənubdan şəhərə gedən yolun rusların atəşi altında olduğunu bildirdi.

Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatıy da şəhərin tam olaraq nəzarət altında olduğu açıqlamasını verdi.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hazırladığı gündəlik hesabatda Soledarın Ukrayna hərbçilərinin nəzarətində olduğunu bildirib.

Teqlər: