Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlərlə təminatını davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb.


Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Teqlər: