Şok: Rusiyanı 5 gündə 261 min kişi tərk etdi

Şok: Rusiyanı 5 gündə 261 min kişi tərk etdi

Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə “Novaya qazeta. Avropa” Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən xəbər verir.

“Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”, – Prezident Administrasiyasının adı çəkilməyən rəsmisi bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya KİV-lərində yayılan məlumatlarda bu gündən etibarən Rusiyadan çıxışa qadağa qoyulacağı iddia edilir.

Teqlər: